Əsir fələstinlilər kəşfiyyata göndərilirlər?

 Əsir fələstinlilər kəşfiyyata göndərilirlər?
  14 Oktyabr 2024    Oxunub:751
İsrail ordusu Qəzza zolağında əsir düşən fələstinlilərdən canlı qalxan kimi istifadə edib.
Bu fikirlər The New York Times-da (NYT) dərc olunan məqalədəndir.

“The New York Times” : HƏMAS 2022-ci ilin payızında İsrailə hücum etmək istəyib
Müəllif araşdırma apararaq iddia edib ki, İsrail əsgərləri və kəşfiyyat agentləri mütəmadi olaraq əsir götürülmüş fələstinliləri hərbi əməliyyatlara cəlb edirlər. Onlar İsrail əsgərlərini döyüş meydanında riskə məruz qoymamaq üçün Qəzzada təhlükəli kəşfiyyat missiyaları yerinə yetirməyə məcbur ediblər.

Məqalədə o da vurğulanıb ki, əsir düşən fələstinlilər minaların yerləşdirildiyi və ya pusquların təşkil oluna biləcəyi tunelləri, binalara girməyə məcbur edilirlər. Qəzet yazıb ki, həm beynəlxalq, həm də İsrail qanunlarına görə qeyri-qanuni olan bu təcrübə ən azı 11 hərbi qrup tərəfindən Qəzzanın bir neçə bölgəsində kəşfiyyatçılarının iştirakı ilə həyata keçirilib: "Artıq İsrail ordusu bu işlə bağlı təhqiqatın başladığını elan edib".

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   Qəzza   Kəşfiyyat   Əsir  





Xəbər lenti