İranda onlarla insan ölüb və kor olub

   İranda onlarla insan ölüb və kor olub
  14 Oktyabr 2024    Oxunub:803
İranın 4 əyalətində 48 nəfər metil spirtindən istifadə nəticəsində ağır zəhərlənmədən ölüb.

AzVision.az İran mediasının yaydığı məlumata istinadən xəbər verir ki, son iki həftədə Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində yüzlərlə insan saxta spirtli içki qəbulu səbəbindən zəhərlənib.

Dörd əyalətdə ağır metil spirti zəhərlənməsi səbəbindən xəstəxanaya yerləşdirilən 48 nəfər ölüb. Bir çox insan görmə qabiliyyətini tamamilə itirib. Məlumata görə, Mazandaranda 21, Gilanda 15, Həmədanda 11, Zəncanda 1 nəfər zəhərlənərək dünyasını dəyişib.

Saxta spirtli içkilər istehsal edərək satan şəxslər müəyyənləşdirilərək həbs olunublar.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: İran   alkoqol   ölümlər  





Xəbər lenti