Fransanın Qərbi Zəngəzur təxribatı

   Fransanın Qərbi Zəngəzur    təxribatı
  14 Oktyabr 2024    Oxunub:784
Qərbi Zəngəzurda Ümumdünya Ərzaq Proqramı çərçivəsində həyata keçirilən layihələrin yarıdan çoxunu Fransa maliyyələşdirir.
AzVision.az xəbər verir ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi özünün “X” sosial şəbəkəsindəki səhifəsində Qərbi Zəngəzurun strateji baxımdan vacib və çox həssas bölgə olduğunu yazıb.

“Fransa Ermənistandakı resurslarından öz inancına və düşüncəsinə uyğun şəkildə istifadə edir”, - fransalı səfir habelə vurğulayıb.

Qeyd edək ki, İrəvanı ciddi-cəhdlə silhalnadıran Parisin Ermənistanla bağlı “düşüncəsi” Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə və Cənubi Qafqazda yeni müharibənin alovlandırılmasına yönəlib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Fransa   Ermənistan   Zəngəzur  





Xəbər lenti