İqtisadiyyat üzrə "Nobel" mükafatının qalibləri müəyyənləşib

   İqtisadiyyat üzrə "Nobel" mükafatının qalibləri müəyyənləşib
  14 Oktyabr 2024    Oxunub:714
2024-cü ilin iqtisadiyyat üzrə "Nobel" mükafatına üç nəfər layiq görülüb.
Bu barədə İsveç Kral Elmlər Akademiyası məlumat yayıb.

Laureatlar Massaçusets Texnologiya İnstitutunun iki professoru: ABŞ-də yaşayan Türkiyə ermənisi, iqtisadçı Daron Əcəmoğlu, ingilisəsilli Simon Conson və Çikaqo Universitetinin professoru, iqtisadçı, politoloq Ceyms Robinsondur.

Onlar bu müfakata "qurumların necə formalaşdığı və tərəqqiyə necə təsir göstərdiyinə dair tədqiqatlar"a görə layiq görülüblər.

Mükafatın məbləği 1,1 milyon ABŞ dollarıdır.

Firudin Həmidli
AzVision.az


Teqlər: Nobel   mükafat   iqtisadiyyat  





Xəbər lenti