Vətəndaşların Zelenskiyə etimadı xeyli azalıb

   Vətəndaşların Zelenskiyə    etimadı    xeyli azalıb
  14 Oktyabr 2024    Oxunub:763
Ukraynalıların ölkə prezidenti Volodimir Zelenskiyə inam səviyyəsi 2022-ci ildən bəri 31% aşağı düşüb.
AzVision.az xəbər verir ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KBSİ) sorğularının nəticələrinə görə, 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayanda ölkə vətəndaşlarının Zelenskiyə etimadı 90% təşkil etdiyi halda, 2024-cü ilin sentyabrında bu rəqəm 31 % azalaraq 59%-ə qədər enib. Sorğunun nəticələri, həmçinin Ukrayna liderinə etimadın ildə-ilə azaldığını əks etdirir.

“2023-cü ilin dekabr ayının sonuna etibar səviyyəsi 77 faizə, bu ilin fevralına isə 64 faizə düşüb”, - KBSİ-nin açıqlamasında bildirilir.

Bundan əlavə, respondentlərin 37 faizi Zelenskiyə inamsızlıq ifadə edib. Ukraynanın şərqində insanların əksəriyyəti - 45 faizi prezidentə etibar etmir. Qərbdə və cənubda inamsızlıq səviyyəsi 38, mərkəzi ərazilərdə isə 35 faizdir.

Daha əvvəl KBSİ ukraynalıların Ali Radaya və Nazirlər Kabinetinə etimad səviyyəsi ilə bağlı sorğu keçirmişdi. Həmin sorğunun nəticələrin əsasən, rəyi soruşulanların 63%-i Radanın işini pis və ya çox pis, 8%-i yaxşı və ya çox yaxşı hesabb etdiklərini bildirblər. Respondentlərin dörddə biri bitərəf qalıb, qalanları isə öz möqelərini müəyyənləşdirməyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   etimad   sorğu  





Xəbər lenti