İsraildə İrana işləyən cütlük saxlanılıb

   İsraildə İrana işləyən cütlük saxlanılıb
  14 Oktyabr 2024    Oxunub:763
İsrailin daxili təhlükəsizlik xidməti "Şin-Bet" Tehrandan sui-qəsd tapşırığı alan iki şəxsi yaxalayıb.
Bu barədə "Şin-Bet"in mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, saxlanılanlar İsrail vətəndaşları: 30 yaşlı Vladislav Viktorson və 18 yaşlı sevgilisi Anna Bernşteyndir.

Məlumata görə, onlar Meri Hossi adlı iranlı qadından ölkə ərazisində müxtəlif təxribatlar törətmək, rabitə infrastrukturuna və bankomatlara zərər vurmaq, habelə ali hökumət nümayəndəsinə qarşı sui-qəsd hazırlamaqla bağlı tapşırıqlar alıblar. Onlara bu məqsədlə 5000 dollardan çox pul ödənilib. Həmin tapşırıqların yerinə yetirilib-yetirilmədiyi açıqlanmayıb.

Vurğulanır ki, onlar adı bildirilməyən hökumət nümayəndəsini öldürmək üçün snayper tüfəngi, tapança və qumbaraatan və s. silahlar əldə etməyə çalışıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   İran   casuslar  





Xəbər lenti