Viktor Orban COP29-da iştirak edəcək

Viktor Orban COP29-da iştirak edəcək
  14 Oktyabr 2024    Oxunub:412
COP29-da Macarıstanı ölkənin Baş naziri Viktor Orban təmsil edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Macarıstanın Azərbaycandakı Səfiri Tamaş Torma Macarıstanın Milli günü münasibəti ilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.


“Baş nazir, bir ildən az müddətdə Azərbaycana üçüncü dəfə səfər edəcək. COP29 böyük çağırışdır. Azərbaycan bizim hamımızın xeyrinə çox təsir edici bir iş görür. Şübhə yoxdur ki, Macarıstan və Macarıstan səfirliyi Azərbaycanın sədrliyinin məqsədlərinə tam dəstək verir və biz əminik ki, Azərbaycan tədbirə uğurla ev sahibliyi edəcək”- deyə səfir qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti