Ermənistanda 40-dan çox polis narkoman olduğu üçün işdən qovulub

   Ermənistanda    40-dan çox polis    narkoman olduğu üçün işdən qovulub
  15 Oktyabr 2024    Oxunub:1077
"Bu il 40-dan çox polis əməkdaşı narkotik istifadəsinə görə işdən qovulub".
Bu fikri Ermənistanın daxili işlər naziri Vahe Kazaryan parlamentdə keçirilən dinləmələrdə çıxışı zamanı deyib.

Erməni polkovnik: "Artıq qızlarımız da məktəblərə narkotik gətirirlər"
O, qeyd edib ki, polisdə əməkdaşların attestasiyası keçirilir və məcburi şərtlərdən biri də narkotik testindən keçməkdir. Yoxlamaların nəticələrinə əsasən, 47 polis əməkdaşı məhz bu səbəbdən xidmətdən kənarlaşdırılıb.

Kazaryan qeyd edib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə əsas prioritetlərdən biri olaraq qalır. Çünki ölkədə bu istiqamətdə vəziyyət- xüsusilə qadağan olunmuş maddələrin yayılmasının yeni, daha mürəkkəb üsulların ortaya çıxması ciddi narahatlıqlar yaradır.

Nazir narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 4564 faktdan 1800-dən çoxunun polis patrulları tərəfindən açılmasını deyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Narkotik  





Xəbər lenti