Ukrayna səfirliklərinə “minalanma” xəbərdarlığı göndərilib

Ukrayna səfirliklərinə    “minalanma”    xəbərdarlığı göndərilib
  15 Oktyabr 2024    Oxunub:758
Ukraynanın dünyadakı 60-dan çox xarici diplomatik qurumlarına mina qoyulması barədə anonim məktublar daxil olub.
AzVision.az bildirir ki, bu barədə açıqlama verən Ukraynanın Xarici İşlər nazirliyi mina qoyulması barədə anonim xəbərdarlıq alan diplomatik missiyalarının sayının artmaqda davam etdiyini vurğulayıb.

“Oxşar mesajlar Ukrayna Xarici İşlər nazirliyinin struktur bölmələrinə də göndərilib. Bununla əlaqədar nazirliyin rəhbəri Andrey Sibiqa Ukraynanın diplomatik qurumlarında təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə göstəriş verib. Diplomatlar lazımi təhlükəsizlik yoxlamaları üçün ev sahibi olan ölkələrin hüquq-mühafizə və hakimiyyət orqanları ilə sıx əlaqə saxlayırlar”, - Ukrayna XİN-in məlumatında deyilir.

Naizrlikdən bildiriblər ki, vəziyyət Ukraynanın diplomatik sisteminin və xarici diplomatik qurumların fəaliyyətinə təsir etməyib. İşlər normal qaydada davam edir, verilən bütün tapşırıqlar tam şəkildə yerinə yetirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   səfirliklər   minalanma  





Xəbər lenti