İran Avropaya uçuşları dayandırıb

İran Avropaya uçuşları dayandırıb
  15 Oktyabr 2024    Oxunub:328
İranın “Iran Air” aviaşirkəti Avropa istiqamətində bütün uçuşları dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə "Euronews" məlumat verib.

Bildirilib ki, yeni məhdudiyyətlər elan edildikdən bir neçə saat sonra İran aviadaşıyıcısı Avropaya bütün reyslərin ləğvi ilə bağlı sərnişinlərə mesajlar göndərib. Qərarın Avropa İttifaqının sözügedən şirkətə qarşı sanksiyalar tətbiq etməsindən sonra verildiyi məlum olub.

Xatırladaq ki, oktyabrın 14-də Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına daxil edilən şirkətlər arasında “Iran Air”, “Saha Airlines” və “Mahan Air” aviaşirkətləri, eləcə də alüminium istehsalçısı “Iran Alumina Company” də olub. Aİ həmin şirkətlərin Rusiyaya ballistik raket göndərilməsində məsuliyyət daşıdığını iddia edib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: İran     sanksiya  





Xəbər lenti