Nyu-Yorkdan Tel-Əvivə uçuşlar dayandırılıb

   Nyu-Yorkdan Tel-Əvivə uçuşlar dayandırılıb
  16 Oktyabr 2024    Oxunub:335
ABŞ-nin "Delta" hava yolları şirkəti İsraildə və Yaxın Şərqdə artan təhlükəsizlik şəraiti səbəbilə Nyu-York şəhərinin Con Kennedi Hava Limanından İsrailin Tel-Əviv şəhərinə uçuşları 2025-ci il martın 31-dək dayandırıb.
Bu barədə şirkət bəyanat yayıb. Sözügedən tarixinədək Nyu-York - Tel-Əviv arasında səyahət üçün bilet almış sərnişinlərin ödənişlərinin geri qaytarılacağı bildirilir.

Şirkət daha əvvəl cari ilin sonunadək Tel-Əvivə uçuşları dayandırmışdı.
Yaponiya vətəndaşlarını Livandan çıxmağa çağırıb

Yeri gəlmişkən, Yaxın Şərqdə İsrail-HƏMAS və İsrail-"Hizbullah" münaqişələri səbəbi ilə getdikcə yüksələn gərgin şərait bir çox ölkənin bu regiona uçuşları təxirə salması, habelə öz vətəndaşlarını regionu tərk etməyə çağırması ilə nəticələnib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   uçuşlar   təxir  





Xəbər lenti