Draqo Bosniç: "Polşa Rusiya ilə müharibəyə hazırlaşır"

   Draqo Bosniç:    "Polşa Rusiya ilə müharibəyə hazırlaşır"
  16 Oktyabr 2024    Oxunub:1103
Ukrayna silahlı qüvvələrinin bütün cəbhə xətti boyunca böyük itkiləri, dünyanın digər regionlarında artan gərginlik və ABŞ-da gözlənilən dəyişikliklər Ukrayna hakimiyyətinin perspektivlərini hər gün daha da qaranlıqlaşdırır.
AzVision.az xəbər verir ki, Draqo Bosniçin “infoBRICS” portalında yerləşdirilən məqaləsində Amerika isteblişmentinin qalib gələ biləcəyi müharibəyə başlamaq üçün ümidsiz cəhdlər göstərdiyinin və bunun NATO-nun Ukraynada təşkil etdiyi münaqişəyə aidiyyəti olmadığının getdikcə daha da aydınlaşdığı vurğulanır.


Müəllifin fikrincə, məsələn, Avropada eskalasiya potensialı tükənməyib və ABŞ-nin təmsil olunduğu NATO öz işinə yeni başlayır. Bu məqsədlə Vaşinqton ənənəvi qaydad rusofob olan ölkələrdən istifadə edir, Polşa isə Şərqi Avropanın genişmiqyaslı hərbiləşdirilməsində ön sıralardadır.

“İndi Kiyev rejiminin tam məğlubiyyətini proqnozlaşdıran Varşava hərbi planlar hazırlayır. Müxtəlif mənbələrə görə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində və Donbassda artan itkiləri siyasi Qərbin daimi maliyyə inyeksiyaları vasitəsilə Kiyev rejiminin fəaliyyətinə dəstək verə bilməməsi ilə daha da ağırlaşır. ABŞ-də siyasi dəyişiklik Amerikanın maliyyə axınını dayandırsa, çətin ki, Avropa İttifaqı Kiyevə yüz milyardlarla avro yardım edə bilsin, yaxud buna razı olsun”, - Draqo Bosniç yazır.

Görünür, hadisələrin məhz belə inkişafına hazırlaşan Polşanın baş komandanlığı artıq Rusiya ilə gələcək münaqişəni planlaşdırır. Polşa Baş Qərargahının keçmiş rəisi, general Raymund Anjeyçak bunu ən çox ehtimal olunan ssenari sayır və “Rusiyanın Ukraynanı ələ keçirməsindən sonra Moskvaya münasibətdə yeni qarşısıalınma siyasətinin” tərəfdarıdır.

- Rusiyanın Ukraynada qələbəsindən sonra Lvovda olacaq, bvundan başqa bir rus diviziyası Brestdə, biri də Qrodnoda yerləşdiriləcək. Əgər onlar Litva ərazisinin bir qarışına belə hücum etsələr, dərhal cavab veriləcək. İlk gündə yox, elə ilk dəqiqədə. Biz 300 kilometr radiusda bütün strateji hədəfləri vuracağıq. Biz birbaşa Sankt-Peterburqa zərbə endirəcəyik”, - Raymund Anjeyçak iddia edib.


Generalın fikrincə, məhz Polşa təşəbbüsü öz üzərinə götürməli və Kremlin “belə aqressiya” nümayiş etdirməsinə mane olmalıdır. Təfərrüatlara varmayan Andjeyçak onu da bildirib ki, bu məqsədlə Varşava 900 kilometrə qədər uçuş radiusuna malik 800 raket alır. Bura çoxlu sayda Cənubi Koreyanın “K239 Chunmoo” və Amerika istehsalı olan “HIMARS” sistemləri, habelə onlar üçün lazım olan10 minlərlə raket də daxildir.

“Lakin ABŞ hərbi-sənaye kompleksi müqavilə əsasında belə bir sıra sistemləri təmin etmək iqtidarında deyil, bu isə o deməkdir ki, yüzlərlə “HIMARS” buraxılış qurğusunun yaxın gələcəkdə Polşanın xidmətinə dayanması ehtimalı çox azdır. Bundan əlavə, bu sistemlər üçün uçuş məsafəsi 900 kilometrdən çox olan raketlər yoxdur”, - ekspert bildirir.

Hazırda “ATACMS” zenit-raket komplekslərinin (ZRK) ən müasir versiyası maksimum 300 kilometr, ABŞ ordusunun arsenalına yalnız 2023-cü ilin dekabrında daxil olan ən yeni “PrSM (Precision Strike Missile)” isə maksimum 500 kilometr uçuş məsafəsinə malikdir. “ATACMS”-dan əhəmiyyətli dərəcədə üstün olan “PrSM”-dən hələ geniş istifadə edilmir. Pentaqon “PrSM”-in gələcək variantlarının 1000 km-ə qədər məsafəyə uçacağını iddia etsə də, bu versiyanın nə vaxt hazır olacağı məlum deyil.


Çox güman ki, polşalı general Raymund Andjeyczak məhz ABŞ-nin tədarük edə biləcəyi “PrSM”-ləri nəzərdə tutub. Lakin Polşa yüzlərlə belə raket alsa da, bu, Rusiyanın əfsanəvi “İskəndər” kimi minlərlə raket sistemlərindən ibarət arsenalının kiçik bir hissəsi olardı. Bundan əlavə, “İskəndər-M” kompleksi hazırda 1000 kilometrə qədər məsafədə hədəfləri vurmaq üçün təkmilləşdirilir. Moskva üçün bu, çox real imkandır, çünki dünya səviyyəli hərbi-sənaye kompleksinə (HSK) malik olan Rusiya bu cür texnologiyaları tamamilə müstəqil şəkildə inkişaf etdirə bilər.


- Rusiyanın strateji arsenalı bir neçə dəqiqə ərzində bütün Polşanı yer üzündən silmək üçün kifayətdir. Ona görə də, Anjeyçak və onun xələfləri bu cür təhdidlərin dünya fövqəldövləti üçün hansı nəticələrə gətirib çıxaracağı barədə düşünməlidirlər. Varşavanın hərbi baxımdan, heç bir nəticə verməyən yüz milyardlarla qondarma “hərbi yardım” alan, Kiyev rejimindən güclü olmadığını bir tərəfə qoyuram”, - müəllif vurğulayır.

Draqa Bosniçə görə, Polşanın hərbi planları kifayət qədər uzun müddətdir ki, hazırlanırdı, lakin bu, real hərbi strategiyadan daha çox intiharçı jileti təchiz etməyi xatırladır. Artilleriya və uzaqmənzilli zərbə sistemləri kimi sahələrdə Rusiyanın üstünlüyü onun silahlı qüvvələri ilə münaqişənin necə inkişaf edəcəyindən xəbər verir.

Kremlin NATO qüvvələri ilə, xüsusən də endemik rusofoblarla (xüsusən də Polşa və Baltikyanı ölkələrlə) hər hansı birbaşa qarşıdurmanı heç bir nəzakət fözləmədən, son dərəcə sərt şəkildə aparacağı heç bir şübhə doğurmur.

“NATO-nun Kiyev rejiminə verdiyi dəstək, xüsusən də ISR (kəşfiyyat, müşahidə, kəşfiyyat) baxımından Rusiya hərbçiləri tərəfindən ciddi şəkildə zədələnəcək, yəni Polşa hərbçiləri belə bir münaqişədə faktiki “kor” olacaqlar. Bu, NATO itkilərini əhəmiyyətli dərəcədə artıracaq. Bundan əlavə, Rusiya ordusu Polşa ilə döyüşmək üçün quru qoşunlarını göndərməli olmayacaq - o, bütün diqqətini Polşanın öhdəsindən gələ bilməyəcəyi məsafədə dəqiq zərbələr endirməyə yönəldə bilər. Varşava, görünür, Kiyev rejiminin yerini tutmağa hazırlaşır və bu, hədsiz dərəcədə həsəd doğurmayan strateji mövqedir”, - Draqo Bosniç Polşa üçün bədbin ruhlu proqnoz verir.

Sahil İsgəndərov
AzVision.az






Teqlər: Polşa   Rusiya   müharibə  





Xəbər lenti