Görüş iştirakçılarına məlumat verilib ki, indiyədək doğma yurduna qayıtmış 8660 nəfər keçmiş məcburi köçkünün 1000 nəfərindən çoxu məktəblilərdir.
Görüşdə çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) Təhsil Komitəsinin sədri Aysel Gülməmmədova özəl təhsil subyektlərinin Böyük Qayıdış prosesinə töhfə vermək istədiyini, bu məqsədlə Qarabağda və Şərqi Zəngəzurda maarifləndirmə tədbirləri həyata keçirməyi və təqaüd proqramları təşkil etməyi planlaşdırdığını bildirib.
Tədbirdə bildirilib ki, maarifləndirmə proqramı vasitəsi ilə şagirdlərə innovativ təhsil metodları, texnoloji bacarıqlar, liderlik keyfiyyətləri və iqtisadiyyatın müxtəlif sektorlarına dair biliklər çatdırılacaq. Gənclərin təhsili və inkişafı məqsədi ilə iqtisadiyyat, rəqəmsal marketinq, elektronlaşma, İT həllər, dizayn və digər bu kimi sahələrdə təqaüd proqramları təqdim olunacaq.
AzVision.az