KXDR və Cənubi Koreya arasında PUA qalmaqalı böyüyür

 KXDR və Cənubi Koreya arasında  PUA qalmaqalı böyüyür
  17 Oktyabr 2024    Oxunub:387
Rəsmi Seul Cənubi Koreyaya məxsus pilotsuz təyyarələrin Pxenyan üzərində uçuşlar aparması məsələsini araşdırmır.
Bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Qeyd edilib ki, jurnalistlər Koreya Respublikası Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin nümayəndəsi polkovnik Li Sunq Cuna sorğu göndəriblər. Onlar yüksək rütbəli hərbçidən hökumətin Pxenyan üzərində PUA-ların uçuşları ilə bağlı qalmaqalı aydınlaşdırmaq üçün hər hansı tədbir gördyünü soruşublar.

Rusiya 10 mindən çox KXDR əsgəri hazırlayır
Cun sual sualla cavab verib: “Bilmirəm. Ümumiyyətlə biz niyə Pxenyan səçmasında peyda olan pilotsuz təyyarələrin uçuşlarını araşdırmalıyıq?”.

Hərbi məmur onu da əlavə edib ki, Pxenyan üzərində pilotsuz təyyarələrin görünməsi ilə bağlı izahat verməli olan bir tərəf varsa, bu da məhz Şimali Koreya rəhbərliyidir.

Bundan əvvəl KXDR Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, oktyabr ayında Cənubi Koreyaya məxsus pilotsuz təyyarələr siyasi vərəqələr yaymaq üçün ölkənin hava məkanını pozub. Seul isə cavab verib ki, KXDR-ə heç bir pilotsuz təyyarə göndərilməyib. Lakin bunun ictimai təşkilatlar və ya ayrı-ayrı şəxslərin edə biləcəyi də etiraf edilib. KXDR Müdafiə Nazirliyi bu etirafı cavabsız qoymayıb:"Belə pilotsuz təyyarələrin buraxılması üçün uçuş-enmə zolağı lazımdır, ona görə də mülki şəxslərin prosesə cəlb edilməsi inandırıcı deyil".

Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   PUA  





Xəbər lenti