Lazzarini: “Qəzza yaşamağa yararsız səhraya çevrilib”

      Lazzarini:    “Qəzza yaşamağa yararsız səhraya çevrilib”
  17 Oktyabr 2024    Oxunub:501
Regionda gedən müharibə Qəzza bölgəsini, demək olar ki, yaşayış üçün yararsız bir səhraya çevirib.
AzVision.az xəbər verir ki, Qətərin “Al Jazeera” telekanalı BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filipp Lazzarininin Berlində keçirdiyi mətbuat konfransındakı çıxışından bu sitatı gətirib.

UNRWA-ın rəhbəri bildirib ki, İsrail -Fələstin müharibəsi nəticəsində geniş ərazilərin toz halına salındığı Qəzzada yenidən aclıq yaşana bilər.

“Bu gün real risk var, biz aclıq və ya ağır qidalanmanın təəssüf ki, yenidən ehtimal edildiyi bir vəziyyətə daxil oluruq. Qarşıdan gələn qış və Qəzza əhalisinin zəifləmiş immun sistemi “ölümcül vəhdət” olacaq”, - Filipp Lazzarini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lazzarini   Qəzza   səhra  





Xəbər lenti