Təcili Yardım Xidmətinə 40 minə yaxın əsassız çağırış olunub

Təcili Yardım Xidmətinə 40 minə yaxın əsassız çağırış olunub
  17 Oktyabr 2024    Oxunub:622
“2024-cü ilin yanvar-sentyabr ayları ərzində təcili yardıma 599 min 976 çağırış qeydə alınıb”.
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə deyib.

Onun sözlərinə görə, onlardan 62 min 598-i təxliyə olunub:

“9 ay ərzində 39 min 548 əsassız çağırış qeydə alınıb. Bu rəqəmləri ötən ilin 9 ayı ilə müqayisə etsək, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində ümumi çağırış sayı 555 min 736 olaraq qeydə alınıb. Müxtəlif tibb müəssisələrinə təxliyə olunanların sayı 61 min 032 təşkil edib. Əsassız çağırışlar isə 34 min 968 olub”.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti