Elşad Məmmədli: Abşeron yarımadasında 16 yeni stansiyanın yaradılması planlaşdırılır

   Elşad Məmmədli:    Abşeron yarımadasında 16 yeni stansiyanın yaradılması planlaşdırılır
  17 Oktyabr 2024    Oxunub:896
“Abşeron yarımadasında fəaliyyət göstərən təcili tibbi yardım xidməti stansiyalarına əlavə olaraq 16 yeni stansiya – filialın yaradılması planlaşdırılır” .
AzVision.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müşaviri Elşad Məmmədli Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin təkmilləşdirilməsi və inkişaf etdirilməsinə dair brifinqdə deyib.

“10-11 filial TƏBİB tabeli tibbmüəssisələrində yaradılacaq. Modul konstruksiyalardan istifadə etmək imkanını da nəzərdən keçirəcəyik. Yeni stansiyalar əhatəlilik və əlçatanlığı artıracağı kimi, çağırışa çıxma və çatma vaxtlarını da azaltmağa xidmət edəcək”,-deyə E.Məmmədli qeyd edib.

Həmidə İbrahimova

AzVision.az


Teqlər:





Xəbər lenti