"Hizbullah"ın batalyon komandiri öldürülüb - VİDEO

"Hizbullah"ın batalyon komandiri öldürülüb -    VİDEO
  17 Oktyabr 2024    Oxunub:466
İsrail Hərbi Hava Qüvvələrinin Livanın Binti-Cübeyl şəhərinə aviazərbəsi nəticəsində "Hizbullah" terror təşkilatının batalyon komandiri Hüseyn Məhəmməd Övdət ölüb.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, həmin terrorçu İsrailə raket hücumlarının təşkilatçılarından biri idi.

Aviazərbələr nəticəsində həmçinin daha 45 terrorçu zərərsizləşdirilib və "Hizbullah"a məxsus 150 obyekt, o cümlədən silah anbarları, raket qurğuları və hərbi qərargah binaları dağıdılıb.

Xatırladaq ki, ötən ilin oktyabrında başlayan İsrail və Livan "Hizbullah"ı arasında son aylarda gərginlik artıb. İsrail Silahlı Qüvvələri Livana qurudan əməliyyata başlayıb. Digər tərəfdən, "Hizbullah" terror təşkilatının himayədarı İran bu münaqişəyə cavabən İsrailə raket hücumu həyata keçirib. Hazırda İsrailin İrana qarşı gözlənilən cavab zərbəsi fonunda vəziyyət gərgin qalmaqdadır.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   münaqişə  





Xəbər lenti