"80 min qız selektiv abortların qurbanı olub" - Paşinyan

 "80 min qız selektiv abortların qurbanı olub"    - Paşinyan
  17 Oktyabr 2024    Oxunub:490
"Ermənistanda yaxın illərdə qadınların sayı ilə bağlı ciddi problem yaranacaq".
Bu fikri Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında səsləndirib.

Onun sözlərinə görə, buna səbəb selektiv abortlardır: "Ermənistanda çox adam oğlan istəyir və tezliklə bizdə qızların sayı ilə bağlı problemlər yaşanacaq. Nəticədə əhalinin çoxalmasına dair arzuolunmaz məsələlər meydana çıxacaq".

Ermənistanda əhalinin sayı surətlə azalır
Paşinyan qeyd edib ki, haqqında söz açdığı məsələlər ciddi yanaşma tələb edir.

Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan da əhalinin abortlara meylli olmasından gileylənib. O, qeyd edib ki, ölkə əhalisinin strukturunun hazırkı deqradasiyasının səbəblərindən biri selektiv abortlardır.
“Son on ildə selektiv abortlar səbəbindən 80 minə yaxın insan kapitalını itirmişik. Yəni indiyə qədər reproduktiv yaşa çatmış və əhalinin strukturuna əhəmiyyətli dərəcədə təsir göstərəcək 80 minə yaxın qızı doğulmağa qoymayıblar...", - nazir bildirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Abort  





Xəbər lenti