Tualetə gedən kişini pələng parçaladı

Tualetə gedən kişini pələng parçaladı
  17 Oktyabr 2024    Oxunub:289
Malayziyada pələng küçədə təbii ehtiyacını ödəyən adamı parçalayıb.
AzVision.az xəbər verir ki, bu barədə World of Buzz məlumat yayıb.

Qeyd edilib ki, kişi tikinti texnikasını idarə edirmiş. "O, tualetə getmək qərarına gəlib. Ona qəfildən ağacların arxasından tullanan pələng hücum edib. Yırtıcı malayziyalını parçalamağa başlayıb. Lakin həmin vaxt qurbanın arvadı köməyə gəlib və vəhşi heyvanı qorxuda bilib".

Polisin məlumatına görə, aidiyyəti qurumların əməkdaşları kişini günorta saatlarında ayağından və boynundan ağır xəsarətlərlə evindən təxminən 100 metr aralıda aşkarlayıblar: "Əraziyə gələn həkimlər malayziyalını əməliyyatla ölümdən qurtarmağa çalışsalar da, yırtıcı heyvanın qurbanına çevrilən kişinin xəsarətləri xeyli ağır olduğundan onu xilas edə bilməyiblər".
Tural Tağıyev
AzVision.az



Teqlər: Malayziya  





Xəbər lenti