Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib

Paşinyan Hərbi-Sənaye Komitəsinə yeni rəhbər təyin edib
  18 Oktyabr 2024    Oxunub:898
Ermənistanın baş naziri Nikol Paşinyan Aram Civanyanı Hərbi-Sənaye Komitəsinin rəhbəri təyin edib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında məlumat verilib.

Hərbi-Sənaye Komitəsinin yeni rəhbəri texnika elmləri namizədidir və innovasiyaların inkişafı üzrə "Gituj" təşəbbüsünün yaradıcısıdır.

Qeyd edək ki, ölkənin müdafiə sahəsi üçün əsas struktur sayılan məlum komitədə rəhbər vəzifəsi 4 aya yaxın idi ki, boş idi. Komitənin əvvəlki rəhbəri Artyom Mehrabyan may ayında bu vəzifədən uzaqlaşdırılıb. O, 2022-ci ildən hərbi-sənayeyə cavabdeh olub.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti