"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı - "The Washington Post"

"Sinvar əməliyyatı" HƏMAS-a ölümcül zərbə olmadı   - "The Washington Post"
  18 Oktyabr 2024    Oxunub:1066
Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın aradan götürülməsi bu radikal qruplaşma üçün “ölüm xəbərçisi” sayılmayacaq.
Bu fikirlər "The Washington Post"da dərc olunan məqalədəndir. Analitiklər deyirlər ki, hərəkat onilliklər ərzində bir çox liderlərinin ölümündən sonra ayaqda dura bilib.

Sinvarın ölümü Yaxın Şərqdəki vəziyyəti dəyişməyəcək - "CNN"
"İsrail ordusunun HƏMAS liderini məhv etməsi qruplaşmaya ağır və ağrılı zərbə vursa da, bu, rəsmi Təl-Əvivin strateji təhlükəsizlik problemlərini həll etməyib. Məlum əməliyyat 101 israilli girovun azad edilməsi istiqamətində uğurlu bir addım olmadı. Bu Fələstin müqavimətinin məhvinə də gətirib çıxarmayacaq", - məqalədə yazılıb.

Qeyd edək ki, dünən HƏMAS liderinin öldürülməsi barədə məlumat yayılıb.

Yəhya Sinvarın ölümünün ardınca yeni HƏMAS lideri kimi 68 yaşlı Xalid Məşəl seçilib. O, 1996-2017-ci illərdə də bu vəzifəni tutub.
Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrail   HƏMAS  





Xəbər lenti