10 min KXDR-li noyabrın 1-dən Ukrayna müharibəsinə qoşulacaq

   10 min KXDR-li noyabrın 1-dən    Ukrayna müharibəsinə qoşulacaq
  18 Oktyabr 2024    Oxunub:1259
11 minə yaxın Şimali Koreya hərbçisi Rusiya Federasiyasının şərqində təlim keçir.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov məlumat yayıb.

Onun sözlərinə görə, Koreya Xalq Demokratik Republikasının (KXDR) vətəndaşları noyabrın 1-dək Ukraynada müharibəyə hazır olacaqlar. Bundan əlavə, Baş Kəşfiyyat İdarəsinin rəhbəri qeyd edib ki, 2500-ə yaxın KXDR əsgəri Kursk bölgəsinə göndəriləcək. Qalan hərbçilərin isə hansı istiqamətə gedəcəyi hələlik məlum deyil.
The War Zone-nin yaydığı məlumata görə, KXDR qoşunları Rusiya texnikası və sursatından istifadə edəcəklər.

Rusiya 10 mindən çox KXDR əsgəri hazırlayır
Qeyd edək ki, iki gün öncə RBK-Ukrayna da ölkənin Müdafiə Qüvvələrindəki mənbəyə istinadən oxşar məlumat yaymışdı. Mənbələrin sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası(KXDR) hərbçiləri Ukraynaya yaxın bölgələrə- sərhəd rayonlarına köçürülməyə hazırlanırlar.

Bir müddət öncə Ukrayna prezidenti Volodimir Zelenski də bu mövzuya toxunmuşdu. O, deyib ki, münaqişəyə üçüncü tərəf müdaxilə edərsə, Ukraynadakı proseslər “dünya müharibəsinə” çevriləcək.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   KXDR  





Xəbər lenti