Ceyhun Bayramov nazirlər toplantısında çıxış edib

   Ceyhun Bayramov nazirlər toplantısında çıxış edib
  18 Oktyabr 2024    Oxunub:1129
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında çıxış edib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib. Qeyd edilib ki, iclasda Azərbaycanın ümumi çağırışları, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, rabitə və ətraf mühit kimi müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.

Həmçinin, münaqişədən sonrakı dövrün belə bir kritik anında regionda davamlı və dönməz sülhə nail olmaq üçün Ermənistan tərəfindən zəruri Konstitusiya dəyişiklikləri vasitəsilə keçmiş münaqişənin rəvayətlərinin və strukturlarının qalıqlarının aradan qaldırılmasının vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti