Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır

      Putin:        Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
  18 Oktyabr 2024    Oxunub:736
Rusiya Ukraynadakı münaqişəyə sülh yolu ilə son qoymaq üçün dialoq aparmağa hazırdır.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələri KİV rəhbərləri ilə görüşündə deyib.

O, Rusiyanın Kiyevlə ancaq İstanbul razılaşmaları əsasında, dialoq aparmağa hazır olduğunu söyləyib.

Putin bildirib ki, Ukrayna ilə bağlı konfrans üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanının əleyhinə deyil, amma məsələ “nəyi müzakirə etməkdir”.

Putin hesab edir ki, Kiyev əvvəlcə Rusiya Federasiyası ilə danışıqları qadağan edən dekreti ləğv etməlidir.

O deyib ki, Rusiya Federasiyası Ukraynada sülh yolu ilə nizamlanmanı istəyir, o cümlədən öz əsgərlərini düşündüyü üçün:

"Rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri üçün döyüşürlər. Rusiya silahlı mübarizəni davam etdirməyə hazırdır, Qələbə bizim olacaq".

Rusiya prezidenti Ukraynada “bir həftəlik, iki və ya bir illik atəşkəsə” qarşıdır. Onun sözlərinə görə, dayanıqlı sülh üçün şərait lazımdır.

Putin qeyd edib ki, NATO Rusiya ilə Ukrayna əsgərlərinin əli ilə vuruşur, Kiyevin üçüncü ölkələrin maraqları naminə öz hərbçilərinə heyfi gəlmir.

"Ukrayna ordusunun özü yüksək dəqiqlikli silahlardan istifadə etmək iqtidarında deyil, bütün bunları NATO mütəxəssisləri edir", - Rusiya prezidenti əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti