Ərdoğan : Suriya və Livandan olan miqrantları ölkəyə buraxa bilərik

    Ərdoğan       : Suriya və Livandan olan miqrantları ölkəyə buraxa bilərik
  19 Oktyabr 2024    Oxunub:704
Türkiyə Suriya və Livandan müharibə səbəbi ilə qaçan miqrantları ölkəyə buraxa bilər.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransı zamanı bildirib.

“Suriyadan ölkəmizə gələn qaçqınların üzünə qapımız hər zaman açıq olub. Hazırda da açıqdır. Xüsusilə belə bir müharibə dövründə oradan Türkiyəyə gələ biləcək insanlar varsa, Livan da onların arasındadır. Livandan ölkəmizə gələnlər olsa, qapımızı onlara da açıq saxlayırıq. Hazırda Livanda çox sayda türkmən var və biz bu türkmən soydaşlarımızı da qəbul edərik. Onlara dedim ki, biz qapılarımızı açıq saxlayırıq. Qapımız onların üzünə açıqdır”, - deyə Ərdoğan vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti