Lavrov: "Braziliya, Hindistan və Afrika ölkələri BMT TŞ-nin daimi üzvü olmalıdır"

      Lavrov:    "Braziliya, Hindistan və Afrika ölkələri BMT TŞ-nin daimi üzvü olmalıdır"
  20 Oktyabr 2024    Oxunub:1143
Braziliya, Hindistan və Afrika ölkələri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov aif.ru saytına müsahibəsində belə deyib.

“Hindistan, Braziliya kimi ölkələr və onlarla birlikdə Afrika nümayəndələri çoxdan Təhlükəsizlik Şurasında daimi əsasda olmalı idi”, - Lavrov qeyd edib.

Onun sözlərinə görə, bu, dünya əksəriyyətinin tam təmsil oluna bilməsi üçün lazımdır.

Lavrov daha əvvəl bildirmişdi ki, Moskva Almaniya və Yaponiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi dəstəkləməyəcək.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər:





Xəbər lenti