İran şərq sərhədləri boyunca sədd çəkməyə başlayıb

İran şərq sərhədləri boyunca sədd çəkməyə başlayıb
  20 Oktyabr 2024    Oxunub:998
İran təhlükəsizlik risklərinə qarşı şərq sərhədləri boyunca sədd çəkməyə başlayıb. Bu barədə İRNA İslam Respublikasının Sərhəd Mühafizə Polisinin komandiri Əhməd Əli Qudarziyə istinadla məlumat yayıb.
Briqada generalı Əhməd Əli Qudarzi İRNA-ya bildirib ki, bu, yanacaq, mal və xüsusilə narkotik qaçaqmalçılığının qarşısını almaq, həmçinin qeyri-qanuni immiqrasiya ilə mübarizə məqsədi daşıyır.

İranlı komandirin sözlərinə görə, İran bu addımı atmaqla daha çox Əfqanıstan və Pakistanla sərhədin təhlükəsizliyini təmin etmək istəyir.

"Hərbi qiymətləndirmələrə əsasasən təhlükəsizlik baxımından ən kritik ərazilər Pakistan və Əfqanıstanla sərhədlərdir. Narkotik qaçaqmalçılığın 80%-i bu ərazilərdən həyata keçirilir" , - general Qudarzi izah edib.

Sistan və Bəlucistanın cənubunda, eləcə də Xorasan, Rəzəvi əyalətlərində sərhəd divarlarının tikintisinə artıq başlanıldığını deyən Qudarzi, növbəti mərhələnin ölkənin qərb sərhədlərində yerləşən İlam, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərini əhatə edəcəyini qeyd edib.

Məhəmmədəli Həsənli




Teqlər:





Xəbər lenti