Digər tərəfdən, "Axios" xəbər saytı yazır ki, İsrail müharibəni diplomatik yolla başa çatdırmaq üçün özünün şərtləri ilə bağlı sənədi Vaşinqtona çatdırıb. Sənəddə həmçinin İsrail Hərbi Hava Qüvvələrinin Livanın hava məkanında sərbəst fəaliyyət göstərməsi tələbi irəli sürülüb. Adı çəkilməyən ABŞ hökumət nümayəndəsinin sözlərinə görə, "Livanın və beynəlxalq ictimaiyyətin bu şərtlərlə razılaşması çox çətindir".
NRC: "Suriyada yeni humanitar böhran baş qaldırır" |
Xatırladaq ki, "Hizbullah"ın 1994-cü ildən bəri lideri Həsən Nəsrullah sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin Livanın paytaxtı Beyruta endirdiyi aviazərbə nəticəsində ölüb. Bu sui-qəsd ötən ilin oktyabrından bəri Qəzza zolağındakı müharibəyə paralel şəkildə başlamış İsrail-"Hizbullah" toqquşmalarını yeni mərhələyə keçirib. Belə ki, İsrail Silahlı Qüvvələri oktyabrın 1-də Livana qarşı qurudan əməliyyata başlayıb. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sözlərinə görə, münaqişə nəticəsində Livan əhalisinin 20%-i didərgin düşüb.
Firudin Həmidli
AzVision.az