Azərbaycanlı dirijor beynəlxalq müsabiqənin münsiflər heyətində təmsil olunub

  21 Oktyabr 2024    Oxunub:2017
Rusiya Mədəniyyət Nazirliyi və Rusiya Prezidentinin Mədəni Təşəbbüslər Fondunun dəstəyi ilə Vokalçıların Mixail Qlinka adına XXVII Beynəlxalq Müsabiqəsi keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Əyyub Quliyev müsabiqənin münsiflər heyətində təmsil olunub.

Moskvanın məşhur “Zaryadye” konsert zalında keçirilən müsabiqə bu il görkəmli rus bəstəkarı Mixail İvanoviç Qlinkanın (1804-1857) 220 və adıçəkilən müsabiqənin münsiflər heyətinə uzun illər rəhbərlik etmiş tanınmış opera müğənnisi İrina Arxipovanın (1925-2010) 100 illik yubileylərinə həsr edilib.

Müsabiqənin açılış mərasimində dünyaşöhrətli dirijor, Moskva Böyük Teatrının baş direktoru Valeri Gergiyev və Qlinka adına müsabiqənin keçmiş qaliblərinin iştirakı ilə qala konsert təşkil olunub.

Builki müsabiqədə iştirakla bağlı təşkilat komitəsinə 500-ə yaxın müraciət daxil olub. Onların arasından 12 ölkədən 63 iştirakçı müsabiqə proqramında yarışmaq hüququ qazanıb.

Yarışmanın yekun turunda finalçıları Ə.Quliyevin rəhbərliyi ilə Moskva Dövlət Simfonik Orkestri (baş dirijor və bədii rəhbər İvan Rudin) müşayiət edib.

Münsiflər heyətinin qərarına əsasən, I yerə Yekaterina Lukaş (Stanislavski Opera Teatrı), Otabek Nazirov (Özbəkistan), II yerə Yekaterina Bequnoviç (Novosibirsk Opera), Konstantin Fedotov (Novaya Opera), III yerə Yekaterina Savinkova (Mariinski Teatrı) və İvan Borodulin layiq görülüblər.

Müsabiqənin bağlanış mərasimindən sonra laureatlar M.Qlinkanın ana yurdu Smolensk şəhərinə gedərək sənətkara ithaf konserti ilə çıxış ediblər.

Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan M.Qlinka adına müsabiqənin Azərbaycanla bağlı xüsusi tarixçəsi var. 1987-ci ildə müsabiqə görkəmli müğənni İrina Arxipovanın rəhbərliyi ilə Bakıda keçirilib Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist Əyyub Quliyev müsabiqənin münsiflər heyətində təmsil olunub.

Moskvanın məşhur “Zaryadye” konsert zalında keçirilən müsabiqə bu il görkəmli rus bəstəkarı Mixail İvanoviç Qlinkanın (1804-1857) 220 və adıçəkilən müsabiqənin münsiflər heyətinə uzun illər rəhbərlik etmiş tanınmış opera müğənnisi İrina Arxipovanın (1925-2010) 100 illik yubileylərinə həsr edilib.

Müsabiqənin açılış mərasimində dünyaşöhrətli dirijor, Moskva Böyük Teatrının baş direktoru Valeri Gergiyev və Qlinka adına müsabiqənin keçmiş qaliblərinin iştirakı ilə qala konsert təşkil olunub.

Builki müsabiqədə iştirakla bağlı təşkilat komitəsinə 500-ə yaxın müraciət daxil olub. Onların arasından 12 ölkədən 63 iştirakçı müsabiqə proqramında yarışmaq hüququ qazanıb.

Yarışmanın yekun turunda finalçıları Ə.Quliyevin rəhbərliyi ilə Moskva Dövlət Simfonik Orkestri (baş dirijor və bədii rəhbər İvan Rudin) müşayiət edib.

Münsiflər heyətinin qərarına əsasən, I yerə Yekaterina Lukaş (Stanislavski Opera Teatrı), Otabek Nazirov (Özbəkistan), II yerə Yekaterina Bequnoviç (Novosibirsk Opera), Konstantin Fedotov (Novaya Opera), III yerə Yekaterina Savinkova (Mariinski Teatrı) və İvan Borodulin layiq görülüblər.

Müsabiqənin bağlanış mərasimindən sonra laureatlar M.Qlinkanın ana yurdu Smolensk şəhərinə gedərək sənətkara ithaf konserti ilə çıxış ediblər.

Qeyd edək ki, 1960-cı ildə əsası qoyulan M.Qlinka adına müsabiqənin Azərbaycanla bağlı xüsusi tarixçəsi var. 1987-ci ildə müsabiqə görkəmli müğənni İrina Arxipovanın rəhbərliyi ilə Bakıda keçirilib.

AzVision.az

Teqlər:

Xəbər lenti