“Kafkaz news” və “Azad Azərbaycan...” qara siyahıda

“Kafkaz news” və “Azad Azərbaycan...” qara siyahıda
  16 İyul 2014    Oxunub:865
İyulun 15-də Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının iclası keçirilib.
Şuradan verilən məlumata görə, komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclasın gündəliyinə tövsiyə olunan məsələlər barədə məlumat verib. O bildirib ki, ümumilikdə 20 KİV barədə məsələnin müzakirəsi nəzərdə tutulub. Bunlardan dördü şikayətlər üzrə komissiya, digərləri isə Şuranın Katibliyi tərəfindən təqdim olunub.

Komissiya üzvləri araşdırmalardan sonra iki KİV-in adının Şuranın “qara siyahı”sına salınmasına dair rəy çıxarıblar. Bunlar “Kafkaz news” və “Azad Azərbaycan Respublikası” qəzetləridir. “IV hakimiyyətin səsi” qəzetinə isə Mətbuat Şurasının xəbərdarlığının olunması barədə qərar qəbul edilib. “Azpolitika” gündəlik ictimai-siyasi online qəzeti barədə rəydə bu xəbər portalından şikayət doğuran materiallarda Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının prinsip və bəndlərinin tələblərinin pozulduğu göstərilib. Bütün bunları sayt rəhbərliyinin nəzərinə çatdıran komissiya ona gələcək fəaliyyətində bu kimi halların təkrarlanmamasını tövsiyə edib.

İclasda digər məsələlər də müzakirələr edilib, görüləcək tədbirlər müəyyənləşdirilib.


Teqlər:





Xəbər lenti