Su basmış tuneldə boğulma faktı araşdırılır

Su basmış tuneldə boğulma faktı araşdırılır
  22 Oktyabr 2024    Oxunub:1395
Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə ("Sabunçu keçidi" adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədinin aşkarlanması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
AzVision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında qeyd edilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik.
AzVision.az



Teqlər:





Xəbər lenti