İmtahan EJOI (Yeniyetmələrin Avropa İnformatika Olimpiadası), EGOI (Avropa Qızlar
İnformatika Olimpiadası), həmçinin IOI (Beynəlxalq İnformatika Olimpiadası) hazırlıq
komandasına daxil olmaq istəyən şagirdlər arasında keçirilib.
Məktəblilər 4 saat ərzində 3 məsələ həll ediblər. Hər bir iştirakçının nəticəsi avtomatik
qiymətləndirmə sistemi vasitəsilə dərhal müəyyən edilib.
2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil
İnstitutu ilə əməkdaşlığı çərçivəsində informatika olimpiadalarına hazırlıq prosesi təşkil
olunur. Bu müddət ərzində gənclərimiz mütəmadi olaraq ölkəmizi beynəlxalq səviyyəli
müsabiqələrdə təmsil ediblər. Müxtəlif yaş qrupları üzrə proqramlaşdırma olimpiadalarında
Azərbaycan komandasının qazandığı ümumi medal sayı 80-ə çatıb.
AzVision.az