İlon Mask oğurluğa görə məhkəməyə verildi

İlon Mask oğurluğa görə məhkəməyə verildi
  22 Oktyabr 2024    Oxunub:843
ABŞ-da “Blade Runner 2049” serialının istehsal şirkəti amerikalı milyarder İlon Maskı məhkəməyə verib.
AzVision.az Axar.az-a istinadən xəbər verir ki, Mask "Tesla"nın “Robotaxi” adlı sürücüsüz avtomobilini tanıtmaq üçün filmdəki kadrlardan qeyri-qanuni istifadə edib.

Bu səbəblə İlon Maska və ona məxsus “Tesla” ilə “Warner Bros. Discovery” şirkətlərinə qarşı müəllif hüquqlarının pozulması ilə bağlı ittiham irəli sürülüb.

Filmin istehsal şirkəti olan “Alcon Entertainment”in rəsmiləri bildirib ki, oktyabrın 10-da "Tesla"nın sürücüsüz avtomobili “Robotaxi”nin tanıtımında filmdəki səhnələri əks etdirən süni intellektlə yaradılmış şəkillər icazəsiz və qeyri-qanuni istifadə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti