Türkiyədə müdafiə sənayesi müəssisəsində terror aktı törədilib

Türkiyədə müdafiə sənayesi müəssisəsində terror aktı törədilib
  23 Oktyabr 2024    Oxunub:803
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada TUSAŞ müdafiə sənayesi şirkətində terror aktı törədildiyini bildirib.
AzVision.az xəbər verir ki, terror aktı paytaxtın Kahramankazan rayonunda baş verib.

Yerlikaya sosial şəbəkələrdəki paylaşımında yazıb: “Təəssüf ki, ölənlər və yaralılar var”.

Nazir ictimaiyyəti yalnız rəsmi mənbələrdən gələn məlumatlara etibar etməyə çağırıb.

Bu arada, NTV telekanalı hüquq-mühafizə orqanları əməkdaşları ilə terrorçular arasında atışma baş verdiyini bildirib.


Teqlər:





Xəbər lenti