BMT Türkiyədəki terroru qınadı

BMT Türkiyədəki terroru qınadı
  23 Oktyabr 2024    Oxunub:940
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyənin Aerokosmik Sənayesi Şirkətinə qarşı törədilən terror aktını pisləyib.
AzVision.az xəbər verir ki, bu barədə BMT sözçünün müavini Farhan Haq hücumla bağlı yazılı açıqlama verib.

Haq, mövzu ilə bağlı detallı məlumat almağa davam etdiklərini bildirib.

“Baş katib mülki şəxslərə qarşı edilən bu hücumu pisləyir. Həlak olanların ailələrinə başsağlığı verir”.

Qeyd edək ki, Antonio Quterreş hazırda BRİCS sammiti ilə bağlı Rusiyanın Kazan vilayətində səfərdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti