The Telegraf: “Üçüncü Dünya müharibəsi başlaya bilər”

      The Telegraf:    “Üçüncü Dünya müharibəsi başlaya bilər”
  24 Oktyabr 2024    Oxunub:1490
Şimali Koreyanın Rusiyaya hərbi yardım üçün göndərməsinə Ukraynanın dünya müttəfiqlərinin hansı reaksiya verəcəyindən asılı olaraq, Rusiyanın Ukraynaya tam miqyaslı müdaxiləsi, III Dünya Müharibəsinə çevrilə bilər.
AzVision.az xəbər verir ki, Şimali Koreyanın irəlicədən işğalçılara kömək üçün 11 minə yaxın əsgər göndərə biləcəyinə diqqət çəkən “The Telegrag” nəşrinin jurnalistinin fikrincə, bu, müharibənin təkcə Rusiya və Ukrayna arasında getmədiyinə “son və ən qorxulu xatırlatma” olduğunu iddia edir.

Buna görə də müharibənin əks tərəflərində olan digər ölkələr də, xüsusən də əvvəllər belə bir ehtimaldan danışan Böyük Britaniya və Fransa, tezliklə Şimali Koreyadan nümunə götürə bilərlər.

“İndi bu qlobal müharibədir, potensial olaraq dünya müharibəsidir. Aydındır ki, Rusiya liderləri və onların İrandakı, Şimali Koreyadakı və bir qədər də Çindəki müttəfiqləri riskləri anlayırlar. Ukraynanın NATO müttəfiqlərinin bunu daha aza başa düşdükləri sezilir”, - qəzetdə dərc olunan materialda deyilir.

Bundan əlavə, Şimali Koreyanın Rusiya ilə müttəfiqlikdə artan rolu səbəbindən Cənubi Koreyanın da müharibəyə “cəlb oluna biləcəyi” vurğulanır. Belə ki, əvvəllər Ukraynaya humanitar yardım və artilleriya mərmiləri göndərən Cənubi Koreyanın siyasəti tezliklə dəyişə bilər. Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında Koreya Respublikasının yüksək vəzifəli şəxsləri Pxenyanın hərəkətlərinə cavab olaraq Ukraynadakı müharibədə öz iştiraklarını gücləndirəcəklərinə söz veriblər.

- Cənubi Koreyanın silah istehsalı və ixracı üzrə liderlərdən biri olmaqda davam etdiyi məlumdur - bu həm tanklara, həm də artilleriyaya aiddir. Lakin Ukrayna strategiyasını Cənubi Koreyanın NATO ölkələrindən daha çox qlobal müharibənin nəticələrini dəyərləndirməsi əsasında qurmamalıdır”, - materialda Kiyevə mesaj ünvanlanır.

Qeyd edək ki, Moskva bu məsələ ilə bağlı sualdan yayınır. Şimali Koreya diplomatları isə Pxenyanın Rusiyaya qoşun göndərdiyini inkar edirlər. Lakin Kiyev və Seulun ardınca, ABŞ rəsmiləri də Şimali Koreya qoşunlarının Rusiya ərazisinə gəldiyinə dair sübutların olduğu barədə açıqlamalra verməyə başlayıblar.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi isə keçirdiyi ənənəvi brifinqdə bildirib ki, Rusiyada yerləşən Şimali Koreya qoşunları Ukraynadakı döyüşlərə cəlb olunarsa, onlar qanuni hərbi hədəfə çevriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayn   KXDR  





Xəbər lenti