Kazanda keçirilən BRİKS sammitində ən qeyri-adi liderin adı açıqlanıb

   Kazanda keçirilən BRİKS sammitində ən qeyri-adi liderin adı açıqlanıb
  24 Oktyabr 2024    Oxunub:1099
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO üzvü olan ölkənin yeganə nümayəndəsi olduğu üçün Kazanda keçirilən BRİKS sammitinin ən qeyri-adi və “digərlərindən fərqli ” qonağı kimi qiymətləndirilib.
AzVision.az xəbər verir ki, Amerikanın “The New York Times (NYT)” qəzeti belə məlumat dərc edib.

“İştirak edən onlarla liderdən biri digər qonaqlardan fərqli idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammiti kimi tanınan görüşlərdə iştirak edən NATO ölkəsinin yeganə lideri olub”, - qəzet öz mövqeyini belə əsaslandırıb.

Analitiklər Ərdoğanın özəlliyinin Qərblə Şərq arasında uzun illər apadığı manevrlərin nəticəsi olduğunu vurğulayırlar.

- Türkiyə NATO-da strateji tərəfdaş olaraq qalır və Ukraynaya güclü silahlar satır, lakin Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib və Rusiya ilə ticarəti artırıb”, - NYT yazır.

“Brukings” institutunun tədqiqatçısı Asli Aydıntaşbaş qəzetə verdiyi şərhdə bunu Ərdoğanın müxtəlif dövlətlərlə əməkdaşlığa hazır olması və ABŞ-nin tənəzzülü fonunda Türkiyənin yeni çoxqütblü dünyada sağ qalmağa can atması ilə izah edib.

“Bu, mürəkkəb bir münasibətdir və bu, əlbəttə ki, nigah deyil. Türkiyə və Rusiya həm dost, həm də rəqibdirlər və bu tarazlığı idarə etmələri Ərdoğanın Putinlə şəxsi münasibətindən keçir”, - analitik deyib.

BRİCS: Alternativ inkişaf platforması | TƏHLİL
Qeyd edək ki, 2006-cı ilin iyununda Sankt-Peterburq İqtisadi Forumunda təsis edilmiş BRİCS hazırda öz sıralarında 9 ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən hökumətlərarası təşkilatdır. Bu ilin avqustunda Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Azərbaycan Prezidenti İlham Əliyev isə BRİCS-in hazırda Rusiyanın Kazan şəhərində keçirilən sammitində iştirak edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   BRİCS   Ərdoğan  





Xəbər lenti