13 dövlət BRİKS-də tərəfdaş ölkə statusu alıb

   13 dövlət BRİKS-də tərəfdaş ölkə statusu alıb
  24 Oktyabr 2024    Oxunub:1109
Qazaxıstan, Əlcəzair, Belarus, Türkiyə, Boliviya, Kuba, İndoneziya, Malayziya, Nigeriya, Tailand, Uqanda, Özbəkistan və Vyetnam BRİKS-in Kazanda keçirilən sammitində bu təşkilata "tərəfdaş ölkə" statusu alıb.
Rusiya mətbuatının məlumatına görə, bu ölkələrin təşkilata tamhüquqlu üzvlük məsələsi hələlik gündəmdə deyil.

Xatırladaq ki, oktyabrın 22-dən 24-dək Kazanda dövlət başçılarının iştirakı ilə BRİKS sammiti keçirilir. BRİKS 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası birlikdir. Yanvarın 1-dən bu birliyə Rusiya sədrlik etməkdədir 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulub.

Firudin Həmidli
AzVision.az


Teqlər: BRİKS  





Xəbər lenti