Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı təxirə salmağa çağırıb

Şolts Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərarı təxirə salmağa çağırıb
  24 Oktyabr 2024    Oxunub:658
Almaniya kansleri Olaf Şolts hazırda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar qəbul etməyə ehtiyac olmadığını bildirib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı məlumatı TASS agentliyi yayıb.

Məlumatda bildirilir ki, siyasətçi Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərarın təxirə salınmasına çağırıb.

“Biz Vaşinqtonda və Vilnüsdə qərar qəbul etdik və perspektivi təsvir etdik. Hesab edirəm ki, indi bu qərardan başqa yeni qərara ehtiyac yoxdur”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, müharibə vəziyyətində olan ölkə NATO-ya üzv ola bilməz.

Qeyd edək ki, bundan əvvəl də Şolts Ukraynanın NATO-ya daxil olmasının yaxın gələcəkdə baş verməyəcəyini etiraf etmişdi. O Ukraynanın yəqin ki, yaxın 30 il ərzində Şimali Atlantika Alyansına qoşulmayacağını bildirmişdi.

AzVision.az







Teqlər:





Xəbər lenti