Zelenski BMT-nin baş katibini tənqid edib

Zelenski BMT-nin baş katibini tənqid edib
  25 Oktyabr 2024    Oxunub:1178
Ukrayna prezidenti Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterrişin Kazanda keçirilən BRİCS sammitində iştirakına münasibət bildirib.
AzVision.az xəbər verir ki, Zelenski BMT-nin baş katibi “şirnikləşməyə üstünlük verdiyini” deyib.

“Bu gün, Birləşmiş Millətlər Təşkilatı günündə dünyanın BMT Nizamnaməsinin məqsəd və prinsiplərini və bu təşkilatın yaradılmasının məqsədlərini unutmaması vacibdir. Baxmayaraq ki, hətta onun bəzi funksionerləri BMT Nizamnaməsinin məzmunundan daha çox Kazandakı vəsvəsələrə üstünlük verirlər”, - Ukrayna prezidenti BMT-nin baş katibi Asntonio Qutterişin adını çaəkmədən onun bostanına daş atıb.

Bundan əvvəl Quterreşin BRİCS sammitində iştirakı niyyətini tənqid edən Ukraynanın Xarici İşlər nazirliyi BMT-nin baş katibinin Kiyevin təşəbbüsü ilə iyun ayında İsveçrədə keçirilən sülh konfransına gəlmədiyinə diqqət çəkib.

Kazanda “Outreach/BRICS+” formatında toplantıda iştirak edən Antonio Qutteriş Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. Bu, onların 2022-ci ildən bəri ilk üz-üzə görüşü olub.
İclasda çıxış edən BMT-nin baş katibi Ukraynada “ədalətli sülhə” çağırıb.

- Bizə Ukraynada sülh lazımdır. BMT Nizamnaməsinə, beynəlxalq hüquqa və dünya təşkilatının Baş Assambleyasının qətnaməsinə uyğun ədalətli dünya. Bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi prinsiplərinə hörmətlə yanaşmaq lazımdır”, - Antonio Qutteriş vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Zelenski   Qutteriş   tənqid  





Xəbər lenti