BCM Putinə görə Monqolustandan cavab tələb edir

   BCM Putinə görə Monqolustandan cavab tələb edir
  25 Oktyabr 2024    Oxunub:1002
Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya prezidenti Vladimir Putinin Monqolustana səfəri zamanı həbs və ekstradisiyasına icazə verməkdən imtina etdiyinə görə, Monqolustana qarşı iddiaları Roma Statuna üzv dövlətlərin Assambleyasına təqdim edib.
AzVision.az xəbər verir ki, beləliklə, BCM-in II Məhkəməyəqədər Palatası Monqolustanın məhkəmə ilə əməkdaşlıq üzrə öhdəliklərini yerinə yetirməməsi barədə qərar çıxarıb ki, bu da Roma Statutunun müddəalarına ziddir. Sənəddə qeyd edilir ki, BCM-nin yurisdiksiyasını tanıyan bütün ölkələr statusundan və vətəndaşlığından asılı olmayaraq, barəsində beynəlxalq order verilmiş şəxsləri həbs etməyə borcludurlar.

Lakin Monqolustan hökuməti order əsasında həbsdən boyun qaçırmasını ölkənin neytral statusu və qonşu ölkələrdən yüksək dərəcədə iqtisadi asılılığı ilə izah edib. Monqolustanın hərəkətini tənqid edən Ukrayna bunu cinayət ədliyyə sisteminə ciddi zərbə adlandırıb.

Qeyd edək ki, BMC “uşaqların Ukraynadan qanunsuz çıxarılmasında şübhələr”lə əlaqədar 2023-cü ilin martında Vladimir Putinin həbsinə order verib. Lakin Roma Statunu qəbul eməyən Rusiya BCM-nin yurisdiksiyasını tanımır.

Vladimir Putin sentyabrın 2-3-də Monqolustanda rəsmi səfərdə olub. Bu ölkənin rəhbərliyi ilə danışıqlar aparan Rusiya prezidenti Xalxın-Qol çayında sovet-monqol qoşunlarının yapon militaristləri üzərində qələbəsinin 85-ci ildönümü münasibətilə keçirilən bayram tədbirlərində iştirak edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BCM   Monqolustan   Putin  





Xəbər lenti