Mərakeş millisinin sabiq üzvü 35 yaşında vəfat etdi

Mərakeş millisinin sabiq üzvü 35 yaşında vəfat etdi
  25 Oktyabr 2024    Oxunub:812
Mərakeş millisinin sabiq yarımmüdafiəçisi Əbdüləziz Barrada 35 yaşında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Barrada oktyabrın 24-də infarktdan dünyasını dəyişib.

O, 2021-ci ilin yayında başa vurub. Barrada karyerası ərzində “Xetafe”, “Marsel”, “Əl-Nəsr”, “Əl-Cəzirə”, “Antalyaspor”, “Əl-Şahaniya” və “Gimnastik” klublarında çıxış edib. Onun aktivində 227 oyun, 40 qol və 36 qol ötürməsi var.

Barrada Mərakeş millisinin heyətində də 26 oyun keçirib və 4 qol vurub.

AzVision.az



Teqlər:





Xəbər lenti