İranda daha beş məhbus edam edilib

İranda daha beş məhbus edam edilib
  25 Oktyabr 2024    Oxunub:953
İran İnsan Haqları Mərkəzi xəbər verib ki, dünən Məlayir, Qum və Zəncan şəhərlərinin zindanlarında beş məhbus dar ağacından asılıb.
AzVision.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.

Məlumata görə, məhbusların dördü qəsdən adam öldürmədə, biri isə narkotik qaçaqmalçılığında günahlandırılıb. Qum şəhərində asılan iki məhbusun isə Əfqanıstan vətəndaşı olduğu bildirilib.

Qeyd olunub ki, noyabrın 22-24 tarixlərində İran həbsxanalarında ən azı 17 məhbusun ölüm hökmü həyata keçirilib. Bu isə həmin tarixlərdə hər gün 6-ya yaxın məhbusun edam olunması deməkdir.
AzVision.az



Teqlər:





Xəbər lenti