Azərbaycanlılar Jirinovskini məhkəməyə verdi
AzVision.az-ın Rusiyanın “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Məmmədovlar öz iddia ərizəsində Jirinovskinin Azərbaycan xalqının şərəf və layaqətini alçaldığını bildirirlər.
Bundan əlavə, Məmmədovlar ailəsi Rusiya Dövlət Dumasının da məsuliyyətə cəlb olunmasını istəyir. Onların fikrincə, məhz Dumanın iclasında azərbaycanlılara qarşı qərəzli fikirlər səsləndirilib.
Sadiq və Elmira Məmmədova LDP liderini məhkəmə qərarından dərhal sonra Rusiya Dövlət Dumasının ən yaxın iclasında öz fikirlərini təkzib etməyi tələb edirlər. Millətin, xüsusilə onların ailəsinin şərəf və ləyaqətinin alçadılması ilə bağlı Məmmədovlar Jirinovskidən vurduğu zərər müqabilində 100 milyon rubl tələb edirlər. Onların tələbinə görə, parlamentin Aşağı Palatası Jirinovskini təkzibi verməyə məcbur etməlidir.
Eldar Tanrıverdiyev