Azərbaycan filmləri “Qızıl qala” X Beynəlxalq kinofestivalında təqdim olunacaq

Azərbaycan filmləri “Qızıl qala” X Beynəlxalq kinofestivalında təqdim olunacaq
  26 Oktyabr 2024    Oxunub:775
Bu gün İnquşetiyanın Sunja şəhərində səkkiz ölkədən kinorejissorların öz filmlərini nümayiş etdirəcəyi onuncu yubiley Beynəlxalq “Qızıl qala” kinofestivalına start verilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, festivalda xarici ölkələr - Azərbaycan, Çin, İtaliya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Hindistan, habelə Rusiyanın 20-dən çox şəhəri öz ekran əsərlərini təqdim edəcəklər. Festival çərçivəsində 87 film - 52 sənədli, 15 bədii və 20 qısametrajlı film nümayiş etdiriləcək. Bunlardan 17-si Şimali Qafqaz Federal Dairəsinin regionlarından, 5-i isə İnquşetiyadan olan rejissorlara məxsusdur.

Həmçinin film festivalı çərçivəsində İnquşetiyanın rayon və şəhərlərində inquş rejissor və aktyorlarının iştirakı ilə filmlərin retrospektivi keçiriləcək.

Festival çərçivəsində bədii, sənədli və animasiya filmlərinin nümayişi, kino xadimləri ilə yaradıcılıq görüşləri və digər tədbirlər olacaq. Tanınmış aktyorlar, rejissorlar və prodüserlər bu tədbirlərdə iştirak edəcəklər. Festivalın qalibləri altı nominasiya üzrə müəyyənləşəcək.

Kinofestival çərçivəsində filmlərin nümayişləri oktyabrın 28-dək davam edəcək. Oktyabrın 29-da “Qızıl qala” X Beynəlxalq Kinofestivalının bağlanış mərasimi keçiriləcək və qaliblər mükafatlandırılacaq.

Festivalın əsas mükafatı orta əsrlərə aid İnquş qülləsinin kiçik qızıl nüsxəsidir.

İlk “Qızıl qala” film festivalı 2014-cü ilin payızında İnquşetiyada keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti