Bir neçə rayonda qaz olmayacaq

Bir neçə rayonda qaz olmayacaq
  16 İyul 2014    Oxunub:1063
Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qaz nəqli sistemində siyirtmənin əvəz olunması, qaz tənzimləyici qurğunun dəyişdirilməsi, qaz kəmərinin mənbəyə birləşdirilməsi və təmir işləri ilə əlaqədar bu gün saat 13:00-dək Binəqədi rayonunun bir hissəsinə, saat 17:00-dək Xətai rayonunun bir hissəsinə, saat 18:00-dək Qusar rayonuna, İsmayıllı, Tovuz, Şəmkir, Masallı, Şamaxı və Cəlilabad rayonlarının bir hissəsinə, saat 20:00-dək isə Qazax rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti