"Müharibə başlayandan bəri qaçqınların axını, doğum səviyyəsinin aşağı düşməsi və ümumilikdə döyüşlər nəticəsində ölənlərə görə Ukrayna əhalisi 10 milyon nəfər və ya təxminən dörddə bir qədər azalıb. Bunu BMT-nin Əhali Fondunun Şərqi Avropa bölməsinin rəhbəri Florens Bauer bildirib.
Paşinyan "qoruyucu mələy"ini itirib |
Təhlilçi Ukraynadakı mövcud durumu boş yerə araşdırmadığını yazıb. O, ölkəsi üçün də belə bir ssenarinin olmasını istisna etməyib: "Bütün təhlillər göstərir ki, xaricə getmiş ukraynalıların yalnız 10 faizi vətənə qayıtmağa hazırdır. Onlar da müharibədən sonra gəlməyə razıdırlar. Onu da qeyd etmək lazımdır ki, insanların kütləvi mühacirəti təkcə müharibə aparan Ukraynadan deyil, həm də sülhsevər Avropa ölkələrindən, məsələn, Baltikyanı ölkələrdən, Şərqi Avropa bölgəsindən - Bolqarıstan, Rumıniya, Slovakiyadan da baş tutur. Məsələn, Litva Avropa İttifaqına (Aİ) daxil olduqdan sonra əhalinin təxminən 25%-i ölkəni tərk edib. Bu rəqəm Latviya və Estoniyada 30%, Rumıniyada 35%, Bolqarıstanda isə 40%-dir. Maraqlıdır ki, əgər nəzəri cəhətdən Ermənistanı da Aİ-yə üzv kimi görsək, digər təhlükələri nəzərə almadan əhalinin neçə faizinin öz vətənlərini tərk edəcəyini proqnozlaşdırmaq olar? Bəlkə Qərbdə bu baxımdan ermənilərlə maraqlanmağa başlayıblar ki, Ermənistanın da taleyi Ukraynadakı kimi olsun?
Zelenskinin dövründə Ukrayna 10 milyon insan itirdi. Bizim "Zelenski" (Baş nazir Nikol Paşinyanı nəzərdə tutur-red.) Ermənistanda nə qədər insan itirmək istəyir? Ermənilərin "Zelenskisinin" əsas missiyası ona verilən əmri yerinə yetirməkdir. Hansı ki, bu əmr və tapşırıqlar dövlətə xəyanətin təzahürüdür. Əmri yerinə yetirənlər təhlükəsizlik problemi olan ölkələrdir və onlar ən ağır şəkildə cəzalandırılırlar. Bu reallıqdır!"
Tural Tağıyev
AzVision.az