Duda: “Ukrayna qələbə üçün lazım olan hər şeyi almalıdır”

      Duda:    “Ukrayna qələbə üçün lazım olan hər şeyi almalıdır”
  28 Oktyabr 2024    Oxunub:918
Polşa və Ukrayna arasında siyasi mübahisələrə baxmayaraq, Varşava öz mövqeyində qəti olaraq qalır. Kiyev həm özü, həm də bütün Avropa üçün Rusiya ilə müharibədə tam qələbəyə nail olmaq üçün lazım olan hər şeyi almalıdır.
AzVision.az xəbər verir ki, Polşanın prezidenti Ancey Duda “Rar” agentliyinə müsahibəsində Rusiyayay Ukrayna ərazisinin bir santimetrini belə güzəştə getmək ehtimalını fəlakətli səhv kimi qiymətləndirib. O, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibədə say üstünlüyünə münasibət bildirərək, Kiyev real olaraq bütün işğal edilmiş əraziləri geri ala biləcəyini vurğulayıb.

“Əgər Rusiyaya bu qədər səxavətlisinizsə, niyə onlara öz torpaqlarınızdan bir parça vermirsiniz? İstənilən suveren ölkə, məsələn, Rusiya - mən sizdən soruşuram ki, hansı əsasla Rusiya, xüsusən də xarici ərazidə buna layiqdir?”, - Duda ritorik sual verib.

Polşa prezidentinin iddiasına görə, “Şərq Qalxanı” adlanan layihə “Dəmir pərdə”nin yeni variantına çevriləcək. Çünki şərq sərhədində inşasına tezliklə başlanacaq istehkamlar sistemi Rusiyanın doymaq bilməyən imperiya planlarına cavabdır.

- Qərbdə bəzi siyasətçilər buna dəhşətlə baxırlar. “Dəmir pərdə”nin bərpası onların görmək istədikləri son məqamdır bərpasıdır. Amma “Dəmir pərdə”ni qaldırmaqla soydaşlarımın təhlükəsizliyi təmin olunarsa, onda qoy bu olsun”, - Ancaey Duda deyib.

Qeyd edək ki, “Şərq qalxanı” Polşanın Belarus və Rusiya ilə sərhəddə inşa etməyə hazırlaşdığı istehkamlar sistemidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Polşa   Ukrayna   Rusiya  





Xəbər lenti