Ukraynalı multimilyonçu Adnan Kivan vəfat edib

Ukraynalı multimilyonçu Adnan Kivan vəfat edib
  28 Oktyabr 2024    Oxunub:290
Ərəb-suriya əsilli ukraynalı multimilyonçu Adnan Kivan dünyasını dəyişib. 61 yaşlı iş adamının ölümü ilə bağlı onun təsisçisi olduğu KADORR Group korporasiyası məlumat verib.
Qeyd edilib ki, o, bu gün ölüb.

“KADORR Group korporasiyasının qurucusu, Ukraynadakı ən böyük ərəb investoru, uğurlu biznes layihələri, sosial təşəbbüsləri, eləcə də xeyriyyəçilik tədbirləri ilə tanınan Adnan Kivanı vəfat edib. Biz onu dua ilə yola salırıq. Çünki o, insanları bir-birindən ayırmırdı, əksinə, hamını birləşdirirdi və hər şeyin Allahın iradəsi ilə olduğuna inanırdı", - məlumatda qeyd edilib.

O da bildirilib ki, Kıvanın ailəsi - həyat yoldaşı, üç övladı və nəvələri var. Qeyri-rəsmi məlumatlara görə, iş adamı ağır xəstəlikdən dünyasını dəyişib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti